ABŞ İsrailə ağır bombalar verdi

Co Bayden administrasiyasının İsrailə tədarükünə qadağa qoyduğu ağır MK-84 bombaları daşıyan ilk gəmi gecə saatlarında Aşdod limanına çatıb.
Crossmedia.az İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmidən boşaldılan 1800 bomba yük maşınları ilə İsrail aviabazasına daşınıb.
İsrailin müdafiə naziri Israel Katz, bu hadisəni İsrail və ABŞ arasındakı güclü müttəfiqliyin sübutu kimi qiymətləndirib və bu dəstəyə görə Donald Tramp administrasiyasına təşəkkür edib.
Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində bu gecə Təl-Əvivə səfər edib.
17:37 16.02.2025
Oxunuş sayı: 4544