Rusiyadan Misirə uçan təyyarə məcburi eniş edib

Misirin Şarm əl-Şeyx şəhərindən Kalininqrada uçan AlMasria aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraitinə görə Polşanın Poznan şəhərində məcburi eniş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rosaviasiya rəsmisi Artem Korenyako məlumat yayıb.
Onun sözlərinə görə, təyyarənin Kalininqrad vilayətindəki pis hava şəraiti səbəbindən Polşaya enməsi zəruri olub.
Bundan əvvəl Rosaviasiya Polşada ilişib qalan təyyarənin Rusiyaya uçmaq üçün hazırlaşdığını bildirmişdi.
18:48 16.02.2025
Oxunuş sayı: 4653