Qızıl mədəni çökdü: 48 ölü

Malinin qərbində tərk edilmiş qızıl mədəninin çökməsi nəticəsində 48 nəfər həyatını itirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kayes bölgəsində, Kenieba şəhəri yaxınlığında, əvvəllər Çin şirkəti tərəfindən idarə olunan mədən sahəsində baş verib.
Çökmə, bir qrup qadının qızıl axtarmaq üçün açıq mədən sahəsinə dırmaşdığı zaman qeydə alınıb.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.
Qeyd edək ki, yanvar ayında Malinin cənubunda qeyri-qanuni qızıl mədənində baş verən sürüşmə nəticəsində azı 10 nəfər həlak olmuşdu.
16:56 16.02.2025
Oxunuş sayı: 4332