Hindistanda dəmir yolu stansiyasında sıxlıq: 18 ölü, 12 yaralı

Hindistanın Yeni Delhi dəmir yolu stansiyasında baş verən sıxlıq nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Hadisə stansiyada böyük bir izdihamın yaranması səbəbindən baş verib.
Bildirək ki, insidentlə bağlı araşdırma başladılıb.
Fatimə Məmmədova
15:39 16.02.2025
Oxunuş sayı: 4167