İsrail atəşkəsi pozdu: Onlarla insan ölüb

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubundakı Kefr Killa və Adise qəsəbələrinə hücum edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticədə bir çox ev partladılıb və ciddi dağıntılar baş verib.
Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, bu, atəşkəs razılaşmasının 80 günü ərzində qeydə alınan 928-ci pozuntu olub.
Xatırladaq ki, 27 noyabr 2024-cü ildə İsrail və Livan arasında əldə olunan atəşkəsə əsasən, İsrail qüvvələrinin 60 gün ərzində Livanın cənubundan tamamilə çəkilməsi tələb olunurdu.
Lakin İsrail, Livan ordusunun bölgədə "tam yerləşdirilmədiyini" iddia edərək geri çəkilmə müddətini fevralın 18-dək uzadıb.
Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, atəşkəsin qüvvəyə minməsindən sonra İsrailin hücumları nəticəsində 75 nəfər həlak olub, 267 nəfər yaralanıb.
İsrail ordusu tərk etdiyi ərazilərdə, o cümlədən yaşayış məntəqələri və kənd təsərrüfatı sahələrində geniş dağıntılar törədib.
00:22 16.02.2025
Oxunuş sayı: 3891