Rusiyada qatarla minik avtomobili toqquşub

Moskvadakı Klenovskoe qəsəbəsində minik avtomobili ilə qatarın toqquşması baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə MKRU məlumat yayıb.
İlkin məlumata görə, Chery Tiggo markalı avtomobil qadağanedici siqnalı nəzərə almadan dəmir yolu keçidinə daxil olub və iki yük qatarının arasında sıxışıb.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat hələ ki, dəqiqləşdirilir.
Fatimə Məmmədova
22:30 15.02.2025
Oxunuş sayı: 3856