HƏMAS-dan Trampa CAVAB

ABŞ prezidenti Donald Trampın “Bütün məhbuslar bu gün saat 12:00-a qədər azad edilməlidir” bəyanatına HƏMAS cavab verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Seyid Əbu Həmzə, dünyanın bütün ölkələrindən, xüsusən də ABŞ-dan, bu tələbi İsrailə çatdırmalarını xahiş edib.
Əbu Həmzə, İsrailin məhbuslara qarşı işgəncə və təzyiqlərini tənqid edərək, işğalçı İsrailin fəaliyyətlərinin dünya tərəfindən görməzlikdən gəldiyini bildirib.
HƏMAS, dünya ölkələrini İsrailin vəhşiliklərini dayandırmağa və fələstinli məhbusların azad edilməsini tələb etməyə çağırıb.
22:21 15.02.2025
Oxunuş sayı: 3679