Mikroavtobus aşdı: 25 yaralı var
Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobus aşıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir, qəza Muradlı-Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. Zavod işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb.
Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.
21:07 15.02.2025
Oxunuş sayı: 3619