"Böyük Dəbilqə" turniri: Cüdoçularımız 3 medal qazandı

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə 3 medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, bu gün 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.
Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.
19:27 15.02.2025
Oxunuş sayı: 3920