KİV: Tramp və Netanyahu İrana hücumu müzakirə edirlər

Tramp və Netanyahu İrana hücumu müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilb ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İsrailə İranın nüvə proqramına mümkün hücumunda necə dəstək verə biləcəyi ilə bağlı müxtəlif variantları müzakirə ediblər. Bu məlumat, son vaxtlar Təl- Əvivin Tehran rejimini devirmək məqsədilə qarşıdakı aylarda hücum planlaşdırdığına dair bir sıra siqnallar fonunda yayılıb.
"Vaşinqton Post"un baş köşə yazarı Devid İqnatiusun İsrail və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, diplomatik təzyiqlər İranı nüvə obyektlərindən imtina etməyə məcbur etməsə, İsrail həmin obyektləri ABŞ-nin dəstəyi olmasa da, məhv etməyə hazırdır.
Buna uyğun olaraq, "Vaşinqton Post"un məlumatına görə, Netanyahu və Tramp keçən həftə Vaşinqtonda keçirdikləri görüşlərdə İsrailin mümkün hücumuna ABŞ-ın dəstəyi üçün bir neçə variantı, o cümlədən hərbi kəşfiyyat, yanacaq doldurma və siyasi dəstək məsələlərini müzakirə ediblər.
Nabat Fərzəliyeva
19:08 15.02.2025
Oxunuş sayı: 3890