Ermənistan İran və Gürcüstanla sərhəd demarkasiyasına hazırlaşır

Ermənistan İran və Gürcüstanla da sərhəd demarkasiyası aparmağı planlaşdırır.
Crossmedia.az bu barədə Ermənistanın “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, demarkasiya prosesi ilk olaraq Göyçə vilayətinin Çəmbərək və Zod icmalarından başlayacaq. Ermənistan Müdafiə Nazirliyi bu məsələyə dair sorğuya cavab vermək üçün əlavə vaxt istəsə də, Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib.
Baş nazir Nikol Paşinyan daha əvvəl sərhəd dirəklərinin yalnız Günən və Bağanisdə qurulmayacağını, digər qonşu ölkələrlə də bu prosesin davam edəcəyini bildirmişdi.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhəd demarkasiyası fonunda İran və Gürcüstanla sərhədlərin dəqiqləşdirilməsi də gündəmə gəlib.
14:30 15.02.2025
Oxunuş sayı: 3106