HƏMAS daha üç İsrail əsirini Qırmızı Xaça təhvil verib

HƏMAS Qırmızı Xaç təşkilatına daha üç İsrail əsirini təhvil verib. Təhvilvermə prosesi Qəzza sektorunun cənubundakı Xan-Yunis şəhərində baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, əsirlər – Aleksandr Trufanov, Sagi Dekel-Hen və Yair Horn – hazırda Qırmızı Xaç əməkdaşlarının nəzarətindədir və İsrailə doğru yola salınıblar.
Bu, tərəflər arasında davam edən danışıqlar fonunda baş verən növbəti humanitar addımlardan biri kimi qiymətləndirilir.
14:26 15.02.2025
Oxunuş sayı: 2885