Gideon Saar: "Fələstin adlandırdığınız torpaq İsrail torpağıdır"

İsrailin xarici işlər naziri Gideon Saar, Fələstin adlandırılan torpaqların İsrailə aid olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu bəyanatı, İordan çayının Qərb sahilində yerləşən Nablus şəhərindən olduğunu bildirən bir qadının sualına cavab olaraq verib.
Saar, İsrailin fələstinlilərlə sülh prosesinə kifayət qədər şans verdiyini qeyd edib və tarixi olaraq fələstinlilərin bu torpaqlarda heç vaxt suveren hakimiyyətinin olmadığını bildirib. O, həmçinin Fələstin adının imperator Adrian tərəfindən verilmiş bir ad olduğunu və Yerusəlimin yerində qurulan yeni şəhərin adının Elia Kapitolina olduğunu vurğulayıb. Saar, "Sizin Fələstin adlandırdığınız torpaq, İsrail torpağıdır" deyə əlavə edib.
14:55 15.02.2025
Oxunuş sayı: 3626