Gürcüstanda müxalifət kanalı "Mtavari Arxi" yayımını dayandırıb

Gürcüstanda müxalifət kanalı "Mtavari Arxi" yayımını dayandırıb.
Crossmedia.az Gürcüstan mətbuatına istinadən məlumat verir ki, qərar, kanalın qurucularından biri olan Zaza Okuaşvili tərəfindən "süni şəkildə maliyyə böhranı yaradılması" səbəbindən qəbul edilib.
Kanalın bəyanatında bildirilir ki, yayımı bərpa etmək üçün maliyyə mənbələri tapmağa çalışırlar.
14:23 15.02.2025
Oxunuş sayı: 3506