Beyrut hava limanı ətrafında gərginlik davam edir

Livanın paytaxtı Beyrutda Hizbullah tərəfdarları ilə Livan ordusu arasında qarşıdurmalar baş verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar hava limanına gedən yolları yanan təkərlərlə bağlayıb, ordunun müdaxiləsi ilə toqquşmalar yaşanıb.
BMT-nin Livandakı müvəqqəti qüvvələrinə (UNIFIL) aid avtomobil hücuma məruz qalıb və yandırılıb. Hadisə nəticəsində üç UNIFIL əsgəri Beyrut hava limanına, biri isə yaralı halda Beyrut hərbi xəstəxanasına aparılıb.
Bölgədə vəziyyət hələ də gərgin olaraq qalır.
13:38 15.02.2025
Oxunuş sayı: 3491