İranda hərbi texnikanın dislokasiyasını əks etdirən videogörüntülər yayılıb

İranda hərbi texnikanın dislokasiyasını əks etdirən videogörüntülər yayılıb .
Crossmedia.az xəbər verir ki, bu barədə"Haalvsh" Telegram kanalının məlumat yayıb.
Məlumata görə bu gün onlarla hərbi yük maşınının zirehli texnika, tanklar və hərbi texnika ilə İranşəhr şəhərindən Çabahar şəhərinə doğru hərəkət etdiyini əks etdirən video yayılıb.
Bundan əlavə, “bu gün İranşəhrin 388-ci Zirehli Briqadasının zirehli texnika, döyüş tankları və hərbi texnika daşıyan bir neçə qoşqu ilə Çahbahar istiqamətində hərəkət etdiyi” bildirilir.
Bu genişmiqyaslı hərbi dislokasiyanın səbəbi hələ rəsmi olaraq açıqlanmayıb, lakin bu, keçən həftə Ceyş əl-Ədl-ın etnik bəluç mülkilərinin evlərinin davam edən sökülməsi ilə bağlı İrana ultimatum verdiyi və Zahedan və Çabahar şəhərlərindəki aksiyalarla bağlı icra siyasətlərinə son qoyulmasını tələb etdiyi bir video yayımladığı vaxta təsadüf edir.
13:16 15.02.2025
Oxunuş sayı: 3339