Trampın Zelenski ilə telefon danışığı niyə az çəkib?

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığının Ukrayna lideri Volodimir Zelenskiyə nisbətən niya daha az çəkdiyini izah edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, Tramp Zelenski ilə təxminən 45 dəqiqə, Putinlə isə bir saatdan çox danışıb.
“Fərq ondadır ki, Putinlə söhbət zamanı tərcüməçilərdən istifadə etmək lazım gəlir və bu proses çox vaxt aparır. Zelenski isə ingilis dilində sərbəst danışır. Bu da ünsiyyəti daha sürətli və birbaşa edir”, – Rublio bildirib.
Qeyd edək ki, Tramp fevralın 12-də əvvəlcə Putin, ardınca Zelenski ilə danışıb.
Fatimə Məmmədova
13:08 15.02.2025
Oxunuş sayı: 3098