Poqosyan Belarus prezidentini təhqir etdi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş müşaviri Vladimir Poqosyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sərt təhdidlər yağdırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Poqosyan Lukaşenkonu “qeyri-qanuni prezident” adlandırıb. O, həmçinin Belarusun Ermənistandakı səfirinin həbs olunmasını və bu ölkə ilə bütün diplomatik əlaqələrin kəsilməsini tələb edib.
Məsələ Belarus-Ermənistan münasibətlərində yeni gərginlik yaradıb. Rəsmi dairələrdən hələlik bu açıqlamalara reaksiya verilməyib
09:01 15.02.2025
Oxunuş sayı: 3073