İran İsraili Livanla hava əlaqəsini ləğv etməkdə ittiham edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Livan hökumətinin İran aviaşirkətlərinə Tehran-Beyrut reysi üçün icazə verməkdən imtina etməsinə münasibət bildirib.
Crossmedia.az-ın xəbərinə görə, o, İsrailin bu prosesə təsir etdiyini qeyd edərək, bunu beynəlxalq hüququn və Livanın suverenliyinin pozulması kimi qiymətləndirib.
Bəqai Beynəlxalq Mülki Aviasiya Təşkilatını İsrailin aviasiya təhlükəsizliyinə müdaxiləsinə qarşı tədbir görməyə çağırıb.
Livanın “Əl-Əxbar” qəzeti isə baş nazirin nəqliyyat nazirinə hökumətin qərarı olmadan İran təyyarələrinin Beyruta enməsinə icazə verməməyi tapşırdığını yazıb.
Qəzetin məlumatına görə, Livan Tehranla birbaşa uçuşları tamamilə ləğv etməyi planlaşdırır.
04:38 15.02.2025
Oxunuş sayı: 3731