Rumıniya separatizmə qarşı sərt mövqe tutur

Rumıniyalı deputat Kristian Terheş Bakıda Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyan barədə aparılan məhkəmə prosesini dəstəklədiyini bildirib. O, bu fikrini “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Deputatın sözlərinə görə, separatizmlə – istər Qafqazda, istərsə də Avropada – mübarizə aparmaq vacibdir:
“Moskvadan dəstək alan separatizmin qarşısı alınmalıdır. Bakıda Ruben Vardanyanın mühakiməsi separatizmin onilliklər boyu davam etməsinə səbəb olan şəxslərin cəzalandırılması üçün nümunədir. O, hüquqlarına hörmət edilməklə məhkəmə qarşısında cavab verməli və konstitusiyaya zidd fəaliyyətinə görə məsuliyyətə cəlb olunmalıdır”, – Terheş bildirib.
Qeyd edək ki, Rüben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən işgəncə vermə, muzdlu döyüşçülərdən istifadə, müharibə qanunlarını pozma, terrorizm və terrorizmin maliyyələşdirilməsi ittihamları ilə məhkəmə qarşısına çıxarılıb.
Fatimə Məmmədova
23:51 14.02.2025
Oxunuş sayı: 4521