KİV: Tramp Avropa və Zelenskini hazırlıqsız yaxalayıb

ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Pit Hegseth Donald Tramp administrasiyasının Rusiya ilə sülh danışıqları aparmaq cəhdinin Ukraynaya qarşı "xəyanət" olduğu iddialarını rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial times" yazıb.
Bildirilib ki, belə bir sualın ortaya çıxması vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir: " Trampın bu həftə Rusiya lideri ilə keçirdiyi 90 dəqiqəlik telefon danışığı ilə Avropa paytaxtlarını və Ukrayna prezidenti Volodimir Zelenskini hazırlıqsız yaxalayıb. Prezidentin bu yanaşması tərəfdaşlarının qorxduğu ssenariyə – Ukraynanın maraqlarının qurban verilməsinə – bənzəyir.
Avropa liderləri Trampı daha qətiyyətli mövqeyə çəkmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Eyni zamanda, onlar Ukraynanın müdafiəsi və öz təhlükəsizlik sistemlərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar".
Nabat Fərzəliyeva
22:17 14.02.2025
Oxunuş sayı: 4280