Trampın əmri kütləvi narazılığa səbəb oldu

ABŞ Ədliyyə Nazirliyində altı yüksəkvəzifəli rəsmi, o cümlədən Manhattan prokuroru Danielle Sassoon, Nyu-York meri Eric Adams-a qarşı korrupsiya ittihamlarının ləğvi əmrinə etiraz olaraq istefa verib.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki,Prezident Donald Trampın administrasiyası Ədliyyə Nazirliyində islahatlar apararaq, onun siyasi məqsədlər üçün istifadə olunduğunu iddia edir. Sassoon Adams-ın sübutları məhv etməkdə ittiham olunacağını bildirirdi, lakin baş prokuror müavini Emil Bove işi bağlamaq göstərişi verib və Sassoon-un etirazını "tabesizlik" adlandırıb.
Bu qərar ədliyyə sisteminə siyasi müdaxilə ilə bağlı narahatlıqları artırıb.
Məhəmməd Vəliyev
16:39 14.02.2025
Oxunuş sayı: 3750