Pakistanda partlayış - ölən və yaralananlar var

Bu gün səhər saatlarında Pakistanın Bəluçistan əyalətində kömür mədəni yaxınlığında bomba partlayıb.
Crossmedia.az “Nour News”-a istinadən xəbər verir ki, əldəqayırma bombanın mədən işçilərini daşıyan avtomobilin yanında partlaması nəticəsində 11 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Qeyd olunub ki, hadisədən sonra Pakistan prezidenti və Baş naziri hücumu pisləyib və ölkənin terrora qarşı amansız mübarizə aparmaq əzmində olduğunu vurğulayıblar. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
16:17 14.02.2025
Oxunuş sayı: 2734