Makron: Trampın siyasəti Avropa üçün elektroşok oldu

Fransa Prezidenti Emmanuel Makron Financial Times-a verdiyi müsahibədə ABŞ-nin prezidenti Donald Trampın siyasətini Avropa üçün "elektroşok" adlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Makronun sözlərinə görə, uzun müddət Avropa üç əsas dayağa güvənirdi: Çin bazarı, ABŞ-nin təhlükəsizlik zəmanəti və Rusiyadan ucuz qaz. Lakin indi bu üç amilə arxalanmaq mümkün deyil.
Fransa lideri hesab edir ki, Avropa "strateji oyanışa" nail olmalı və gələcəkdə ABŞ-nin iştirakı olmadan hərbi gücünü təmin etməyi bacarmalıdır. "Avropa üçün bu, sürətlənmək və hərəkətə keçmək anıdır", – deyə Makron vurğulayıb.
Məhəmməd Vəliyev
14:20 14.02.2025
Oxunuş sayı: 2838