Moldova Prezidenti: "Rusiya terror yayır"

Moldovanın Ukrayna ilə sərhədinə yaxın ərazidə Rusiyaya məxsus iki pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkar edilib. Onlar Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkə ərazisinə düşüb. Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,Moldova Prezidenti Maya Sandu bununla bağlı sərt bəyanat verib:
"Rusiya sərhədlərə hörmət etmir, mülki əhaliyə hücum edir, terror yayır. Onun Ukrayna ilə apardığı müharibə cinayətdir. Bizi – dinc xalqları rahat buraxın!" – deyə o bildirib.
Qeyd edək ki, Moldovanın Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq, ölkə ərazisinə düşən və ötən axşam cənub bölgəsində partlayan PUA qalıqlarını ona təqdim edib.
Məhəmməd Vəliyev
13:21 14.02.2025
Oxunuş sayı: 2687