Rusiya Ukraynadakı nüvə obyektinə hücum etdi - FƏLAKƏT BAŞ VERƏ BİLƏR

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Çernobıl nüvə obyektinə hücum etdiyini və radiasiya sızmasının qarşısını alan qurğuya ciddi ziyan vurduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Belə ki, BMT partlayışı təsdiqləyib. Hadisə Münhendə yüksək səviyyəli diplomatların sülh planını müzakirə etdiyi vaxt baş verib.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi, radiasiya səviyyəsinin stabil qaldığını və qoruyucu qatın zədələndiyinə dair heç bir əlamətin olmadığını bildirib.
Fatimə Məmmədova
13:04 14.02.2025
Oxunuş sayı: 2820