İstanbulda axtarışda olan şəxs saxlanıldı

Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Əyalət Polis İdarəsinin birgə əməliyyatı nəticəsində terror təşkilatı PKK/KCK-nin Fransadakı qolu ilə əlaqəli olan Medeni Altundere İstanbulda saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat verib.
Məlumata görə, MİT-in apardığı araşdırmalar Altunderənin Fransada təşkilatın tərkibində təbliğat fəaliyyəti ilə məşğul olduğunu üzə çıxarıb. O, həmçinin PKK/KCK-nin Fransa və Almaniyada keçirdiyi müxtəlif tədbir və aksiyalarda iştirak edib.
Bildirilir ki, əməliyyat zamanı saxlanılan Altundere məhkəmə orqanlarına təhvil verilib və həbs edilib.
Fatimə Məmmədova
13:37 14.02.2025
Oxunuş sayı: 2678