TikTok ABŞ-da yenidən Google Play Store və App Store-da

ABŞ-da qısa müddətli məhdudiyyət səbəbindən Google Play Store və App Store-dan silinən TikTok yenidən bu platformalara əlavə edilib.
Crossmedia.az NBC News-a istinadən xəbər verir ki, Google və Apple rəsmiləri TikTok-un yenidən yüklənə bilməsi ilə bağlı açıqlama veriblər. 19 yanvarda tətbiq edilən məhdudiyyət səbəbilə silinən tətbiq artıq yenidən endirilə bilər.
ABŞ Prezidenti Donald Tramp isə TikTok-un Amerika şirkətinə satılmaması halında ölkədə tam qadağan edilə biləcəyini, lakin bu qərarın 75 gün müddətinə təxirə salındığını bildirib.
Fidan Hacızadə
09:12 14.02.2025
Oxunuş sayı: 3324