Parolin də Trampın Qəzza planına qarşı çıxdı

"Fələstin xalqı öz torpaqlarında qalmalıdır və məcburi köçkün edilməməlidir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin deyib.
Parolin, ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan zorla köçürülməsi ideyasına qarşı çıxaraq, "Bu, məntiqli deyil. Qonşu ölkələr də bu fikirlə razılaşmır. İordaniya Kralı da açıq şəkildə "yox" dedi. Ən yaxşı həll iki dövlət modelidir" deyə bildirib.
Ukrayna müharibəsi ilə bağlı açıqlamasında isə Parolin bildirib: "Sülhə ümidimiz var, lakin bu, ədalətli və daimi olmalıdır". Trampın müharibə ilə bağlı təkliflərinə gəlincə, qiymətləndirmək üçün hələ tezdir, lakin hər bir təşəbbüs önəmlidir" - deyə o, qeyd edib.
00:52 14.02.2025
Oxunuş sayı: 3818