Avropa Parlamenti Zurabişvilini legitim prezident kimi tanıdı!

Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı sənəddə Salome Zurabişvilinin ölkənin legitim prezidenti olduğu vurğulanıb.
Qətnamə 400 deputat tərəfindən dəstəklənib, 63 nəfər əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb. Sənədin müəllifləri Avropa Parlamentindəki 5 siyasi qrupdan – Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.
19:13 13.02.2025
Oxunuş sayı: 3150