Avtomobildən və bankomatdan oğurluq edənləri polis saxladı

Qaradağ rayonu ərazisində bir nəfərin bankomatdan çıxardığı 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Digər oğurluq hadisəsi isə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində “Hyundai” markalı avtomobildən 600 manat dəyərində çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı O.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
16:01 13.02.2025
Oxunuş sayı: 3027