NATO Ukraynada sülh istəyir

Şimali Atlantika Alyansı, ABŞ kimi, münaqişə bitdikdən sonra Ukraynada davamlı sülhün bərqərar olmasını görmək istəyir.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki , bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib .
“Alyans, ABŞ kimi, sülh danışıqlarını dəstəkləyir. Mən Ukrayna münaqişəsi ilə bağlı istənilən sülh danışıqlarını tamamilə dəstəkləyirəm, lakin bunun Ukraynada davamlı sülhlə nəticələnməsi zəruridir”, - deyə baş katib qeyd edib.
16:20 13.02.2025
Oxunuş sayı: 2582