Narışkin: Putin-Tramp danışığı xüsusi xidmət orqanlarının əməkdaşlığına şərait yaratdı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən geniş və dərin müzakirə iki ölkənin xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlıq üçün lazımi şəraiti formalaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
"Dünən baş tutan çox məzmunlu və əhatəli söhbət gələcək əməkdaşlıq üçün zəruri şərtlər yaratdı. Bu, güc və xüsusi xidmət orqanlarının rəhbərləri səviyyəsində də işin davam etdirilməsinə şərait yaradır. Əslində, belə bir tapşırıq da verilib," – deyə Narışkin bildirib.
Bildirək ki, bu danışıqların ABŞ-Rusiya münasibətlərində yeni mərhələyə yol açıb-açmayacağı isə hələlik bəlli deyil.
Fatimə Məmmədova
16:03 13.02.2025
Oxunuş sayı: 2459