Zelenski Poroşenkoya sanksiya tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski keçmiş dövlət başçısı Pyotr Poroşenko və bir neçə tanınmış şəxsə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Zelenskinin imzaladığı fərmana əsasən, Poroşenkoya qarşı sanksiyalar müddətsiz qüvvədə olacaq. Onun dövlət mükafatları ləğv ediləcək, aktivləri dondurulacaq və ticarət əməliyyatlarına məhdudiyyət qoyulacaq.
Sanksiya siyahısına Poroşenkodan əlavə iş adamları İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və siyasətçi Viktor Medvedçuk da daxil edilib.
Bu qərarın səbəbləri rəsmi olaraq açıqlanmasa da, ekspertlər bunu Ukrayna siyasətindəki gərginlik və anti-korrupsiya tədbirləri ilə əlaqələndirirlər.
Fatimə Məmmədova
15:17 13.02.2025
Oxunuş sayı: 3483