Trampın Rusiya və Ukrayna ilə bağlı yeni bəyanatları

ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Rusiya, Ukrayna və beynəlxalq siyasətlə bağlı bir sıra vacib açıqlamalar verib.
Crossmedia.az xarici KİV-ə istinadən onun bəyanatlarından önəmli məqamlarını açıqlayır:
Tramp Rusiya Prezidenti Vladimir Putinin ABŞ-yə səfərini və özünün Rusiyaya səfərini gözlədiyini bildirib.
Belə ki, ilk görüşün Səudiyyə Ərəbistanında baş tutacağı planlaşdırılır. Tramp gələcəkdə Putinlə tez-tez telefon danışıqları aparacağını deyib.
ABŞ prezidenti Rusiya ilə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan birbaşa dialoq aparmağın təhlükəli olmadığını düşünür.
Həmçinin, Trampın Ukraynada atəşkəslə bağlı təklifinə Putin müvəqqəti həll yolu istəmədiyini bildirib.
ABŞ lideri Ukraynanın müharibə zamanı itirdiyi bəzi əraziləri geri qaytara biləcəyini mümkün saysa da, 2014-cü il sərhədlərinə qayıtma ehtimalını aşağı qiymətləndirir.
Vaşinqton Ukraynaya yardımı davam etdirəcək, lakin ABŞ bu dəstəyə yatırılan vəsaitlərin geri qaytarılacağına dair zəmanət istəyir. ABŞ Maliyyə Nazirliyinin rəhbəri Kiyevdən bu təminatı özündə əks etdirən sənəd gətirməlidir. Tramp vurğulayıb ki, Ukrayna gec-tez prezident seçkiləri keçirməlidir.
Qeyd edək ki, Donald Tramp münaqişənin həlli ilə bağlı planını açıqlamaqdan imtina edib, lakin bu istiqamətdə "böyük irəliləyiş" əldə olunduğunu qeyd edib.
Fatimə Məmmədova
12:30 13.02.2025
Oxunuş sayı: 3846