Moldovada iki pilotsuz təyyarə qəzaya uğrayaraq PARTLAYIB

Fevralın 13-nə keçən gecə Moldovanın cənubunda iki pilotsuz təyyarə qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkə hökuməti öz Telegram kanalında məlumat yayıb.
Moldova hakimiyyət orqanlarının məlumatına görə, insident Odessa vilayətinin Reni limanında pilotsuz təyyarələrin reydi zamanı baş verib. Respublika hökuməti iki pilotsuz təyyarənin Moldova sərhədini keçdiyini, bundan sonra onlardan birinin Ciumai kəndi yaxınlığındakı kənd təsərrüfatı sahəsinə düşdüyünü, ikincisinin isə Ceadir-Lunqa və Valea Perjei şəhərləri arasındakı ərazidə partladığını bildirib.
Qeyd olunur ki, hər iki halda xəsarət alan olmayıb. Dronun qəzaya uğradığı yerdə polis işləyir və araşdırma aparılır. Qeyd edilir ki, gələcəkdə pilotsuz uçan aparatın qalıqları ətraflı şəkildə öyrəniləcək.
11:49 13.02.2025
Oxunuş sayı: 3543