Bolton: Tramp Ukrayna danışıqlarında faktiki olaraq Putinə təslim oldu

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlardan əvvəl Rusiya lideri Vladimir Putinə faktiki olaraq təslim olub.
Crossmedia.az CNN-ə istinadən xəbər verir ki, bunu Respublikaçıların keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Artıq heç bir gözləntim yoxdur. Düşünürəm ki, nə baş verəcəyini dəqiq bilirik. Prezident Tramp hələ danışıqlar başlamamış faktiki olaraq Putinə təslim oldu.
Onun sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqsetin səsləndirdiyi mövqe “Kremldə formalaşdırıla biləcək” nizamlanmanın şərtlərini əks etdirir.
“Bu, Birləşmiş Ştatlar və NATO-nun bir sıra məsələlər üzrə mövqeyinə tam yenidən baxılmasıdır ”, - deyə o qeyd edib.
10:25 13.02.2025
Oxunuş sayı: 2754