Böyük Britaniyadan Ukraynaya dəstək



Böyük Britaniya Ukrayna üçün nəzərdə tutulmuş yeni “Gravehawk” hava hücumundan müdafiə sistemini təqdim edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sistem beş nəfərlik ekipaj tərəfindən idarə olunur və sovet istehsalı olan R-73 infraqırmızı idarə olunan raketlərini konteynerin içindən atəşə tutan iki P-72 rels buraxılış qurğusu ilə təchiz edilib.
Mütəxəssislərin fikrincə, “Gravehawk” Ukraynanın hava hücumundan müdafiə imkanlarını artıracaq və düşmən aviasiyasına qarşı effektiv silah olacaq.
Qeyd edək ki, hər bir “Gravehawk” sistemi 1 milyon funt-sterlinqə başa gəlir.
08:35 13.02.2025
Oxunuş sayı: 2677