Erməni ekspert: “Tramp Cənubi Qafqazın Rusiyanın təsirində qalmasına razı olacaq”

ABŞ siyasəti üzrə erməni ekspert Suren Sarkisyan bildirib ki, Ermənistan rəhbərliyi Paşinyanın ABŞ səfəri çərçivəsində yüksək səviyyəli görüşlər təşkil etmək istəsə də, yalnız vitse-prezident Ceyms Devid Vens görüşə razılaşıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, görüş Ağ Evdə baş tutsa da, cəmi 5-6 dəqiqə çəkib və protokol nümayəndələri iştirak etməyib. Vens isə bu görüş barədə sosial şəbəkələrdə heç bir paylaşım etməyib.
Sarkisyan iddia edir ki, Tramp administrasiyası Ermənistan rəhbərliyinin görüş müraciətlərini rədd edib və Tramp Cənubi Qafqazın Rusiyanın təsir dairəsində qalmasına razıdır.
08:31 13.02.2025
Oxunuş sayı: 3580