Ağ Evdən Trampın Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

"Trampın Qəzza planı Yaxın Şərqə sülh gətirəcək".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt deyib.
ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı ardıcıl açıqlamalarından sonra Ağ Evdən daha bir qalmaqallı açıqlama gəlib.
Karolin Leavitt Trampın Qəzza planının Yaxın Şərqə sülh gətirəcəyini və fələstinlilərə daha firavan həyat təklif edəcəyini müdafiə edib.
Trampın dünən İordaniya kralı II Abdullah ilə çox məhsuldar görüş keçirdiyini xatırladan Leavitt, bu görüşün Qəzzanın yenidən qurulması prosesinə töhfə verəcəyini bildirib.
Trampın planının yeganə məqsədinin “Yaxın Şərqə sülh gətirmək” olduğunu müdafiə edən Leavitt, bu planın detalları ilə bağlı ərəb müttəfiqləri ilə danışıqlara davam edəcəklərini vurğulayıb.
Leavitt həmçinin İordaniyanın 2000 yaralı Qəzzalı uşağı müalicə üçün qəbul edəcəyi barədə açıqlamasını da alqışlayıb.
Aybəniz Səfərova
01:30 13.02.2025
Oxunuş sayı: 3671