Tramp və Putin münaqişənin dayandırılması üçün razılığa gəliblər

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin uzun müddət telefon danışığı aparıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, söhbət zamanı Ukrayna, Yaxın Şərq, enerji məsələləri və bir sıra digər mövzular müzakirə edilib.
Tramp, Ukraynadakı münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb və Putinlə gələcək əməkdaşlıq barədə razılığa gəldiyini bildirib.
Putin, Ukraynadakı münaqişənin səbəblərini aradan qaldırmağın tərəfdarı olduğunu qeyd edib.
Həmçinin, Putin Trampı Moskvaya dəvət edib və gələcəkdə ABŞ rəsmiləri ilə görüşə hazır olduğunu bildirib.
23:59 12.02.2025
Oxunuş sayı: 4095