BMT Ukrayna münaqişəsinin həllini dəstəkləyir

BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığını şərh edərkən, BMT-nin Ukraynadakı münaqişənin həlli üçün istənilən təşəbbüsü dəstəklədiyini və tələb olunarsa, bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbərinə görə, o, həmçinin qeyd edib ki, müharibənin həlli istiqamətində həm Rusiya, həm də Ukrayna tərəfini cəlb edəcək istənilən səyləri alqışlayırlar.
23:40 12.02.2025
Oxunuş sayı: 3994