Pezeşkian: "Bizə terrorçu deyənlər İsrailə silah satır!"

İran Prezidenti Məsud Pezeşkian, ABŞ prezidentinin İrana qarşı verdiyi icra fərmanını tənqid edib və İranın terrorçu olaraq adlandırılmasını qəbul etmədiklərini bildirib.
Crossmedia.az-ın xəbərinə görə, o, ABŞ-nin insan haqları və sülh iddialarını yalan olaraq qiymətləndirib:
"Bizə terrorçu deyirlər. İnsan haqlarından, insanlıqdan, sülh və əmin-amanlıqdan danışanlar, eyni zamanda insanları qətlə yetirmək üçün İsraili silahla təmin edir, sonra da regional təhlükəsizlikdən danışırlar. Bu nə dərəcədə doğrudur?!"
Pezeşkian, heç bir təhdid qarşısında geri çəkilməyəcəyini vurğulayıb. O, İran xalqının birliyinin ölkəni gücləndirəcəyini və şəhadətin İran xalqı üçün şirin olduğunu ifadə edib.
Prezident, İranın heç bir ölkə ilə müharibə etmədiyini və bütün qonşularını dost olaraq qəbul etdiklərini qeyd edib.
Aybəniz Səfərova
22:55 12.02.2025
Oxunuş sayı: 4703