Peskov: "Putin Trampı Rusiyaya dəvət edib"

Prezident Vladimir Putin amerikalı həmkarı Donald Trampı Rusiyaya dəvət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı baş tutub.
22:36 12.02.2025
Oxunuş sayı: 4982