Pezeşkian: "Latın Amerikası ilə əlaqələri genişləndirmək əsas məramımızdır"

"İran İslam Respublikası Kolumbiya ilə regional və beynəlxalq sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir".
Crossmedia.az xəbər verir ki, bunu İranın prezidenti Məsud Pezeşkiyan Kolumbiya prezidenti Qustavo Petro ilə telefon danışığı zamanı deyib.
O, İranın Latın Amerikası ölkələri ilə əlaqələrin genişləndirilməsini xarici siyasətinin prioritetlərindən biri kimi qiymətləndirib.
Pezeşkiyan ABŞ-nin qəbul etdiyi qərarların qlobal miqyasda problemlər yarada biləcəyini vurğulayaraq bildirib ki, hazırkı həssas dönəmdə müstəqil dövlətlər arasında yaxınlaşma və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
İran lideri, həmçinin, Kolumbiyanın Qəzza xalqına dəstəyini, məcburi köç və soyqırım siyasətinə qarşı sərgilədiyi qətiyyətli mövqeyini yüksək qiymətləndirib.
21:15 12.02.2025
Oxunuş sayı: 4507