İsrail ordusu fələstinlinin evini bombaladı

İsrail ordusu İordan çayının Qərb sahilində yerləşən, işğal altında olan Tülkərim şəhərində hücumlarını davam etdirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri inşaat texnikasından istifadə edərək Tülkərimdəki Nur Şəms Qaçqınlar Düşərgəsində fələstinlilərə məxsus bir evi söküb. Daha sonra "Energa" tank əleyhinə silahdan istifadə edərək həmin evi bombalayıblar.
Qeyd edək ki, İsrail ordusu yanvarın 19-da Qəzzada atəşkəs elan olunmasının ardından Qərb Sahilində "Dəmir Divar" adlı hərbi əməliyyata başlayıb.
Yanvarın 27-də Tülkərimə, fevralın 2-də isə Tubasdakı Faria Qaçqınlar Düşərgəsinə hücum edərək Cenində hərbi əməliyyatlarını genişləndirib. Həmin hücumlar Tamun şəhərini də əhatə edib.
Yeddi günlük reyddən sonra fevralın 8-də İsrail ordusu Tamundan, bu gün isə Faria Qaçqınlar Düşərgəsindən geri çəkilib.
20:57 12.02.2025
Oxunuş sayı: 4608