"Ukraynanın sülh sazişini imzalamasından söhbət getmir, amma..."- Ekspert

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya öz ərazisinin mübadiləsini heç vaxt müzakirə etməyib və etməyəcək. Bu bəyanat xüsusilə Ukrayna ilə bağlı davam edən müharibə fonunda geniş rezonans doğurub. Ukraynanın işğal olunmuş ərazilərinin taleyi və Rusiya-Ukrayna sülh danışıqlarının perspektivləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Maraqlısı budur ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Kursk vilayəti hesabında ərazi mübadiləsi barədə düşündüklərini deyib. Bu baxımdan Peskovun açıqlaması həm də Kiyevə cavab kimi qiymətləndirilə bilər.
Bu barədə Crossmedia.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Rusiya işğal altındakı əraziləri Ukraynaya qaytarmaq niyyətində deyil: "ABŞ Prezident Donald Tramp Rusiya ilə Ukrayna arasında danışıqlara hazırlaşır. Rusiya isə işğal altındakı əraziləri qaytarmaq barədə düşünmür. Peskovun açıqlaması da bunu göstərir".
İ. Vəlizadənin sözlərinə görə, hazırda Rusiyaya beynəlxalq təzyiq göstərilmir: "Bu şərtlərlə Ukraynanın sülh sazişini imzalaması ilə bağlı söhbət getmir. ABŞ-nin istəyi isə atəşkəsin əldə olunması və müharibənin dayndırılmasından ibarətdir. Uzunmüddətli atəşkəs sazişi imzalana bilər".
Fatimə Məmmədova
15:42 12.02.2025
Oxunuş sayı: 3884