BMT: Şeyx Həsinənin təzyiqləri bəşəriyyətə qarşı cinayət sayıla bilər

BMT-nin insan haqları araşdırmaçıları Banqladeşin keçmiş baş naziri Şeyx Həsinənin etirazlara qarşı sərt təzyiqlərini "bəşəriyyətə qarşı cinayətlər" kimi qiymətləndirə biləcəkləri barədə xəbərdarlıq ediblər.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, tələbə etirazları genişmiqyaslı hökumət əleyhinə hərəkatlara çevrilib. Şeyx Həsinə isə iqamətgahı etirazçılar tərəfindən ələ keçirilməzdən əvvəl Hindistana qaçıb.
BMT-nin hesabatına görə, 2023-cü ildə Banqladeşdə baş verən zorakılıq zamanı 1,400 nəfər öldürülüb, əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Etirazçılara qarşı güllələmə, işgəncə və kütləvi həbslər sənədləşdirilib.
Hesabat Banqladeşin müvəqqəti lideri Məhəmməd Yunusun xahişi ilə hazırlanıb. Sənəddə keçmiş hökumət tərəfdarlarına və bəzi dini-etnik qruplara qarşı hücumların da araşdırılmasının vacibliyi vurğulanır.
Məhəmməd Vəliyev
15:10 12.02.2025
Oxunuş sayı: 4124