Avropanın iştirakı olmadan heç bir razılaşma əldə oluna bilməz - Kallas

Avropanın iştirakı olmadan Ukrayna nizamlanmasına dair heç bir razılaşma əldə oluna bilməz.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Bu müharibə Avropaya, Ukraynaya aiddir və real sülhə nail olmaq üçün Avropanın iştirakı lazımdır. AB-nin iştirakı olmadan heç bir razılaşma görmürəm. Bizim üçün Ukraynaya kömək etmək xeyriyyəçilik deyil, biz öz təhlükəsizliyimizə sərmayə qoyuruq”, - Kallas bildirib.
14:58 12.02.2025
Oxunuş sayı: 3024