ABŞ 141, Çin 68, Rusiya 17 kosmik buraxılış edib

Son on ildə Rusiya kosmik sənayesində mövqelərini əhəmiyyətli dərəcədə itirib. 2014-cü ildə Rusiyanın 32 kosmik buraxılışı olub , bunlardan 30-u uğurlu idi. ABŞ 23 buraxılış edib, onlardan 22-si uğurlu olub, Çin isə 16 buraxılışla hamısını uğurla həyata keçirib. Bu dövrdə Avropa Kosmik Agentliyi də 11 buraxılış həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Xatırladaq ki, 2024-cü ildə vəziyyət ciddi şəkildə dəyişib. ABŞ 141 buraxılışla liderliyini qoruyub, onlardan 140-ı uğurlu olub. Çin 68 buraxılış edərək 65-ni uğurlu tamamlayıb. Rusiya isə yalnız 17 buraxılışla, hamısı uğurlu olsa da, bir çox ölkələrlə müqayisədə geriləyib. Hətta Yeni Zelandiya da 13 buraxılışla uğurla çıxış edib.
Bu dəyişikliklər göstərir ki, Sovet İttifaqı dövründə kosmosda 80%-lik liderlik edən Rusiya, artıq bu sahədə Yeni Zelandiyaya yaxın bir vəziyyətə gəlib.
Xumar Əhmədova
14:55 12.02.2025
Oxunuş sayı: 2671